PAŞA Kapital 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl “Hər Bir Uşaq üçün İnklüziv Dünya” adlı sosial layihə icra edib.
Layihənin əsas məqsədi hər bir uşağın sevgi və qayğı ilə, bərabər hüquqlarla cəmiyyətə inteqrasiyasına töhfə vermək, digər uşaqlarla birlikdə öyrənmə, əylənmə və inkişaf etmə hüquqlarını təmin etmək, eyni zamanda cəmiyyətdə inklüzivlik mədəniyyətinin inkişafına dəstək olmaqdır.
Ümumilikdə 50 nəfərə yaxın – fiziki məhdudiyyətli, autizm və daun sindromlu, aztəminatlı ailələrdən, həmçinin internat məktəblərindən olan uşaqların iştirak etdiyi layihə çərçivəsində, uşaqlar bayramı qeyd edərək, bacarıqlarını inkişaf etdirdilər və yeni təcrübə qazandılar.