PAŞA Holding-in törəmə şirkətlərindən olan “PAŞA Bank”, Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələrin gerçəkləşdirilməsi ilə bağlı təşəbbüslərini davam etdirir.
Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bilim Bakı” mərkəzi və “YAŞAT” Fondu ilə birgə “Kiçik sahibkarlar, böyük hədəflər” adlı layihə həyata keçirib. Şəhid ailələrinin və “PAŞA Bank” əməkdaşlarının övladları üçün hazırlanan layihə iştirakçıların sahibkarlıq bacarıqlarını inkişaf etdirməyi hədəfləyib.
4-31 may 2025-ci il taixində baş tutan layihə çərçivəsində 10-14 yaşlı 100 şagirdə təlim keçilib. Dərslər zamanı “Bilim Bakı” mərkəzinin təcrübəli müəllimləri uşaqlara sahibkarlıq strukturu, növləri və strategiyaları haqqında məlumatlar təqdim ediblər. Ümumi proqram və mentorluq dərsləri tamamlandıqdan sonra, komandalar öz hazırladıqları məhsulları layihənin bağlanış mərasimində təqdim ediblər. Məhsullar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər seçilib və ilk 3 qalib komanda xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində bu növ təşəbbüslərin həyata keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.
