“PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Abşeron Otel Qrup” Məhdud Məsuliyyətli Cəmiyyət otellərin idarə edilməsi ilə məşğul olan gənc şirkətdir.

2013-cü ildə yaranan və otel biznesi sahəsində strateji oyunçu olmağı hədəfləyən Qrupun ortamüddətli məqsədi dünya səviyyəli otel və kurort portfelinin yaradılması yolu ilə yerli və regional bazarlarda lider mövqelər tutmaqdır.

Bu portfel Bakı ilə yanaşı, digər şəhərlərdə də orta və lüks kateqoriyalı müxtəlif otel və digər obyektləri əhatə edir.

“Abşeron Otel Qrup” Azərbaycanın paytaxtı Bakıda müvafiq beynəlxalq otel menecmenti şirkətləri tərəfindən idarə edilən iki lüks otel – “Four Seasons” və “JW Marriott Absheron”un sahibidir.

Qrup daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər otel layihələri bunlardır:

  • "Pik Palace", Şahdağ, “Autograph Collection”
  • "Park Chalet", Şahdağ, “Autograph Collection”
  • "Boulevard Hotel", Bakı, “Autograph Collection”
  • "Sheraton Baku Intourist", Bakı, “Autograph Collection”
  • "Bilgah Beach Hotel", Bakı
  • “The Merchant Baku”, Bakı
  • "Dinamo Hotel", Bakı, SLH (Dünyanın kiçik lüks otelləri) üzvü
  • "Allium Villas Resort", Bodrum / Türkiyə, L.V.X. (Seçilən Otellər və Kurortlar) üzvü

Qeyd etmək lazımdır ki, “Abşeron Otel Qrup” şirkəti Bakıda daha iki (“Winter Boulevard ” və “Yelken Tower, Baku”), Tiflis şəhərində isə inşası davam etdirilən və yaxın 24 ay ərzində açılması nəzərdə tutulan daha bir mülkə sahibdir.