2İyun, 2025
Geri qayıt

PAŞA Holding-in törəmə şirkətlərindən biri olan PASHA Bank Türkiye, Nişantaşı Universiteti ilə əməkdaşlığa başladı.

Bir müddət öncə, PAŞA Holding-in törəmə şirkətlərindən biri olan PASHA Bank Türkiye, Nişantaşı Universiteti ilə əməkdaşlığa başladı.
PAŞA Bank Türkiye Nişantaşı Universiteti Bankçılıq və Sığorta proqramı ilə həyata keçirdiyi əməkdaşlıq çərçivəsində gələcəyin peşəkarlarına dəstək məqsədilə gənc istedadlara karyera yolunda ilk addımı atmaq imkanı təqdim edir.
Belə ki, Nişantaşı Universitetinin tələbələri PAŞA Bank Türkiye-də təcrübə keçmək şansını əldə edəcəklər.
Yeni təcrübə proqramı tələbələrin bankçılıq sektorunu yaxından tanımasına və praktiki biliklər əldə etməsinə şərait yaradır.
Bu təşəbbüs, təhsil və biznes dünyası arasında körpü quraraq gənclərin peşəkar inkişafına töhfə verməyi hədəfləyir.