“PAŞA Bank Gürcüstan” Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank Gürcüstan) iri, orta və kiçik ölçülü müəssisələrə korporativ və investisiya bankçılığı xidmətləri təqdim edir.

PAŞA Bank Gürcüstan "PAŞA Holding" MMC-nin tərkibinə daxil olan regional bankı təmsil edir.

PAŞA Bank 2013-cü ildən etibarən Gürcüstanda fəaliyyət göstərir. 31 dekabr 2019-ci il tarixinə bankın ümumi aktivləri 492 milyon GEL təşkil edib.

Gürcüstanda fəaliyyət göstərdiyi qısa müddət ərzində, yüksək keyfiyyətli xidməti və xüsusi işgüzar yanaşması sayəsində bank öz müştəriləri üçün yüksək etibarlı maliyyə təşkilatına və tərəfdaşına çevrilib. PAŞA Bank Gürcüstan müştərilərin maraqlarını korporativ strategiyanın əsası olaraq görür və hər bir müştərinin dayanıqlı inkişafına töhfə verməklə, birlikdə yeni zirvələri fəth etməyi hədəfləyir.

PAŞA Bank Gürcüstan həm yerli, həm də regional səviyyədə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, əlavə dəyər verən layihələri maliyyələşdirməklə Gürcüstanın və ümumilikdə regionun iqtisadiyyatının inkişafına töhfə verməyə çalışır. Bank etik, etibarlı və dayanıqlı bir şəkildə işləməyi əsas tutan uzun müddətli fəlsəfəsinə sadiq qalır.

Daha ətraflıwww.pashabank.ge