Şirkət həm mükəmməl arxitektura, həm də tikinti-inşaat işlərinin keyfiyyəti baxımından sayılıb-seçilən möhtəşəm layihələrə imza atıb.
Son bir neçə il ərzində Bakının ümumi görünüşünün əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rolu olan şirkətin unikal layihələrinin əksəriyyəti şəhərin məşhur Dənizkənarı Milli Parkında yer tutub.
PAŞA İnşaat tərəfindən təhvil verilən layihələrə "Port Baku Residence", "Four Seasons Hotel Baku", "JW Marriott Absheron Hotel", "Ganjlik Mall", Milli Gimnastika Arenası və digərləri daxildir.