“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti (PAŞA Həyat Sığorta və ya “PAŞA Həyat Sığorta” ASC) 24.11.2010-cu il tarixindən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinin dövlət qeydiyyatı əsasında fəaliyyət göstərir.

Şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.


Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7 milyon AZN təşkil etdiyi halda, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5.75 dəfə artırılaraq, 40.25 milyon AZN-ə çatdırılıb. “PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda müştərilərinə Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları təqdim edir.


“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun üzvüdür.

Daha ətraflıwww.pasha-life.az