“PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (PAŞA Kapital) 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət fiziki və hüquqi şəxslərə broker, investisiya bankçılığı, marja ticarəti və maliyyə məsləhətləri xidmətləri göstərir.

Şirkət 2013-cü ildə “EMEA Finance” jurnalının yekunlarına əsasən “Europe Banking Awards 2013” çərçivəsində “Azərbaycanda ən yaxşı broker” nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq, Şirkət “Cbonds Awards CIS 2019” tərəfindən “İlin ən yaxşı investisiya şirkəti” mükafatı ilə təltif olunub.

2019-cu ildə Şirkət ümumi dövriyyəsini 8.07 milyard AZN-ə çatdırmaqla Bakı Fond Birjasında aparılmış əməliyyatların həcminə görə birinci yerdə qərarlaşmışdır.

PAŞA Kapital müştərilərinə aşağıdakı xidmətləri göstərir:

  • Broker
  • Anderraytinq
  • Marja ticarəti
  • İnvestisiya məsləhətlərinin verilməsi
  • İnvestisiya tədqiqatı və digər yardımçı investisiya xidmətləri              
Daha ətraflıwww.pashacapital.az