“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank və ya PAŞA Bank Azərbaycan və ya “PAŞA Bank” ASC) Azərbaycanın aparıcı korporativ banklarından biridir.

2007-ci ildə yaradılmış PAŞA Bank böyük korporasiyalardan kiçik və orta ölçülü müəssisələr və PAŞA Bankın əməkhaqqı kartı sahiblərinədək müştərilərə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini təklif edir.  Bank əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, fərdi olaraq kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, istehsalat, tikinti və ticarət kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə xidmətlər göstərərək Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.

“PAŞA Bank” kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankı olmaqla yanaşı, həm də aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2020-ci il tarixinə olan məlumata əsasən, Bankın aktivlərinin həcmi 5.5 milyard AZN, kapitalı isə 559 milyon AZN təşkil edir.

PAŞA Bank bu gün 880 nəfərdən çox əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Bank daim regionun ən böyük və aparıcı maliyyə institutuna çevrilmək və hazırda təklif etdiyi, beynəlxalq səviyyəli məhsul və xidmətlər çeşidini artırmaq istiqamətində çalışır.

Azərbaycanın ən gənc və eyni zamanda ən iri banklarından biri olaraq, PAŞA Bank daim maliyyə və texnoloji yeniliklərin nəbzini tutur. PAŞA Bank müştərilərə mümkün olan ən yaxşı xidməti göstərmək məqsədilə bazarın müasir tendensiyaları ilə ayaqlaşmaq, beynəlxalq təcrübəni və ən yeni texnologiyaları tətbiq etmək üçün səylər göstərir.

STANDARD & POOR'S:

  • “B+/B”

    Uzunmüddətli Kredit Reytinqi

  • “Sabit”

    Reytinq Proqnozu

Daha ətraflıwww.pashabank.az