2003-cü ildən başlayaraq müştərilərinə xidmət göstərən “PAŞA Travel” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Travel”) “PAŞA Holding” MMC-nin tərkibinə daxildir.

"PAŞA Travel" Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını almış çoxprofilli turizm təşkilatıdır. Eyni zamanda Şirkət, Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) üzvüdür.

"PAŞA Travel" geniş şəbəkəsi ilə Azərbaycana biznes və istirahət məqsədilə səyahət edənlərə misilsiz keyfiyyətdə kompleks yanaşma təklif etməklə peşəkar şirkət nüfuzunu qazanıb.

Müştərilərinin istəklərinə hər zaman həssas münasibət göstərən şirkət aşağıdakı xidmətləri təklif edir: 

  • Azərbaycanda səyahətlərin təşkil edilməsi və idarə edilməsi
  • Konqreslərin peşəkar səviyyədə təşkil edilməsi
  • Viza və miqrasiya dəstəyi
  • İşgüzar səfərlərin idarəedilməsi
  • Tətil turpaketləri
  • Aviabiletlər
  • Tur və ekskursiyalar
Daha ətraflıwww.pashatravel.az