“PAŞA Yatırım Bankası” A.Ş. (PAŞA Bank Türkiyə), 25 dekabr 1987-ci ildə Yatırım Bank A.Ş adı ilə İstanbulda yaradılıb.

PAŞA Bank Türkiyə korporativ və investisiya bankçılığı olmaqla iki əsas sahədə fəaliyyət göstərir.

2015-ci ilədək Bank müxtəlif qruplar tərəfindən idarə olunub. 2015-ci ilin dekabr ayında səhmlərinin 99.92%-i baş ofisi Bakıda yerləşən regionun maliyyə təşkilatı "PAŞA Bank" ASC-yə ötürülüb. 2019-cu ilin dekabr ayından etibarən Bank səhmdarlarının tərkibi dəyişmiş və səhmlərin 51% "PAŞA Bank" ASC, 49%-i isə “PAŞA Holding” MMC tərəfindən alınıb.

2015-ci ilin mart ayından bu günədək PAŞA Bank Türkiyə fəaliyyətini İstanbulda yerləşən baş ofisindən idarə edir.

PAŞA Bank Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarətin inkişafına töhfə vermək və regiona investisiya yatıran müəssisələri resurs və təlimatla təmin etmək məqsədilə korporativ və investisiya bankçılığı məhsulları vasitəsilə sahibkarlara xidmət göstərir.

Daha ətraflıwww.pashabank.com.tr