20May, 2024
Geri qayıt

PAŞA Hub təşkilatçılığı ilə həyata keçirilən Future Shapers proqramının ikinci mərhələsi baş tutub.

11-12 may tarixlərində, PAŞA Hub təşkilatçılığı ilə həyata keçirilən Future Shapers proqramının ikinci mərhələsi - İnnovasiya və Məhsul Simulyasiyası baş tutub. Seçilmiş iştirakçılar komandalara bölünərək PAŞA Qrup məhsullarının (m10, Umico Marketplace, Həyat Sığortası, BirBank) üzərində çalışıblar.
Rəqabətli mühitə baxmayaraq proqramın əsas məqsədi gənclərə komanda işi və liderlik bacarıqlarını təkmilləşdirmək, prototipləmə və pitçinq üsüllarını mənimsəmək və peşəkar mütəxəssislərimizlə ünsiyyət quraraq dəyərli fikirlər əldə etmək imkanı yaratmaq idi.