21May, 2024
Geri qayıt

PAŞA Holding-in törəmə şirkətlərindən olan “PAŞA Bank” “Bloomberg NEF” ilə əməkdaşlıq çərçivəsində tədbir keçirib.

Mayın 21-də Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və “Bloomberg NEF” beynəlxalq strateji araşdırma mərkəzinin tərəfdaşlığı ilə Bakıda “Xalis sıfır emissiyaya keçid: dayanıqlı gələcək üçün biznes modellərinin formalaşdırılması” adlı tədbir keçirilib.
Tədbirdə dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyasının üzvləri, ölkədəki xarici ticarət palatalarının təmsilçiləri, “PAŞA Bank” rəsmiləri və müştəriləri, “PAŞA Holding” nümayəndələri və digər qonaqlar iştirak edib.
Konfransın açılışında iştirak edən “PAŞA Bank”ın İdarə heyətinin sədrinin müavini Bəhruz Nağıyevin sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində keçirilən bu tədbir müxtəlif sektorların karbonsuzlaşdırma strategiyaları, inkişaf edən bazarlarda yeni enerji növlərinə keçid və digər aktual mövzuların müzakirə edilməsi üçün mükəmməl bir imkandır.
Qeyd edək ki, bununla yanaşı tədbir zamanı PAŞA Holding-in Baş Strategiya İnzibatçısı Teymur Hüseyovun iştirakı ilə spikerlərlə maraqlı sual-cavab sessiyası da keçirilib.