24 avgust 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatı, COP29 Sədrliyi, PAŞA Holding və Trendyol-un birgə təşkilatçılığı ilə qarşıdan gələn COP29 konfransı çərçivəsində yerli media üçün effektiv kommunikasiya strategiyaları mövzusunda seminar keçirilib. Tədbirin əsas məqsədi media nümayəndələrinin iqlim mözvularının daha dəqiq və effektiv şəkildə işıqlandırmalarına imkan yaratmaqdır. Belə ki, tədbir təhlillər və strategiyalar təqdim etməklə, media vasitəsi ilə COP29-un işıqlandırması, ictimayətə iqlim böhramı və onun aradan qaldırmasının vacibliyinin çatdırmasını hədəfləyib.
