“PASHA Technology” MMC informasiya təhlükəsizliyi sahəsində qabaqcıl təcrübələrə riayət ederək, İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi daxilində təhlükəsizlik nəzarət mexanizmlərini tətbiq etməklə, informasiyanın konfidensiallığı, əlçatanlığı və mövcudluğunu təmin edir.
Müasir məlumat mərkəzi həllərinin aparıcı təchizatçısı olan “PAŞA Technology” MMC mövcud informasiya təhlükəsizliyini təkmilləşdirmək məqsədi ilə, ISO/IEC 27001:2022 (İnformasiya Təhlükəsizliyi Sistemi Standartı) versiyası ilə əlaqədar sertifikasiya prosesini uğurla tamamlamışdır. Yeni 2022-ci il versiyasına əsasən, informasiya təhlükəsizliyi üzrə kontrollar 4 bölmə (Təşkilati, İnsanlar, Fiziki və Texnoloji) üzrə strukturlaşdırılmışdır. Əlavə olaraq, 11 yeni informasiya təhlükəsizliyi üzrə kontrollar müəyyən olunmuş və tətbiq edilmişdir.Belə ki, ISO/IEC 27001 standartı sertifikatını 2022-ci ildə əldə etməklə, “PAŞA Technology” MMC həssas məlumatları qorumaq, əməliyyat pozuntularını azaltmaq və maraqlı tərəflərin inamını artırmaq üçün strukturlaşdırılmış yanaşma təmin etməklə yanaşı, bulud və kiber risklər kimi inkişaf edən təhdidlərə qarşı informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə təkmilləşdirici fəaliyyətlər icra etmişdir.
Bununla yanaşı, “PAŞA Technology” MMC, DNV beynəlxalq sertifikasiya orqanı tərəfindən keçirilən illik dövrü auditi uğurla tamamlayaraq, ISO/IEC 20000-1:2018 (İT Xidmət İdarəetmə Sistemləri Standartı) və ISO/IEC 22301:2019 (Biznes Davamlılığı İdarəetmə Sistemi Standartı) standartları üzrə 2022-ci ildən alınan sertifikatların qüvvədə olma müddətini daha 1 il uzatmışdır. Beynəlxalq səviyyədə tanınan İSO sertifikasiya prosesi “PAŞA Technology” MMC-nin daxili proseslərinin optimallaşmasının artmasına dəstək olmuşdur.
