21Fevral, 2025
Geri qayıt

PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Technology, 2025-ci ildə şəhid övladlarının müalicəsinə və “YAŞAT İntellektual Marafonu” layihəsinə dəstək göstərəcək.

PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Technology, 2025-ci ildə şəhid övladlarının müalicəsinə və “YAŞAT İntellektual Marafonu” layihəsinə dəstək göstərəcək.
Sözügedən dəstək tədbirləri @yashatfondu ilə imzalanan Niyyət Protokolu çərçivəsində baş tutacaq.
Müalicə istiqamətinə müayinə, əməliyyat, dərman preparatlarının təminatı və digər tibbi dəstək xidmətləri daxildir. Bu təşəbbüslər şəhid ailələrinə dəstək vermək və gənclərin intellektual və sosial inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır. Əlavə məlumat və suallar üçün Fondun 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlanıla bilər.
Qeyd edək ki, ölkənin ən böyük şirkətlər qrupundan olan PAŞA Qrup ölkə, əməkdaşlar və cəmiyyət qarşısında öz məsuliyyətini anlayır və müvafiq qaydada davranmağa çalışır. Qrupun Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri çoxşaxəlidir və uşaqlara, xüsusən də aztəminatlı ailələrdən olan uşaqlara dəstək sözügedən fəaliyyətlərin mühüm hissəsini təşkil edir.