24Fevral, 2025
Geri qayıt

“PAŞA Holding”-ə daxil olan şirkətlərdən biri olan “Abşeron Hotel Qrupu” öz tarixində ilk dəfə otel xidmətləri sahəsində gələcək liderləri yetişdirmək məqsədilə “Azərbaycan Turizm və Menecment Universiteti” (ATMU) ilə rəsmi tərəfdaşlıq imzalayıb.

“PAŞA Holding”-ə daxil olan şirkətlərdən biri olan “Abşeron Hotel Qrupu” öz tarixində ilk dəfə otel xidmətləri sahəsində gələcək liderləri yetişdirmək məqsədilə “Azərbaycan Turizm və Menecment Universiteti” (ATMU) ilə rəsmi tərəfdaşlıq imzalayıb. Bu əməkdaşlıq təkcə bir memorandum deyil, həm də yerli istedadların yetişdirilməsi, yeni iş imkanlarının yaradılması və Azərbaycanda otel xidmətləri sahəsinin inkişafına töhfə vermək məqsədilə həyata keçirilən mühüm təşəbbüsdür.

Bununla yanaşı, “PAŞA Real Estate Group” Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə vətəndaşların yaşayış standartlarını yaxşılaşdırmaq və davamlı sosial-iqtisadi inkişafı təşviq etmək üçün çalışır. “Abşeron Hotel Qrupu”nun “Be The One” (Birinci Ol!) missiyası çərçivəsində - həm iştirakçılar, həm tərəfdaşlar, həm əməkdaşlar, həm də ümumilikdə cəmiyyətin rifahı üçün fundamental bir addım atmışdır.