PAŞA Holding, eləcə də onun törəmə şirkətlərindən olan Kapital Bank bir neçə nominasiyalar üzrə mükafat əldə ediblər.
Bir müddət öncə İqtisadiyyat Nazirliyində ”Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda baş tutan forumda ölkənin vergi siyasətində əldə olunan uğurları vurğulanıb və gələcək hədəfləri barədə müzakirələr aparılıb.
Forumda müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. PAŞA Holding “Fəal ianəçi”, Kapital Bank isə “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” nominasiyalarında sertifikatlara layiq görülüblər.
Sözügedən tədbir zamanı iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi, ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi eləcə də vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib.
Qeyd edək ki, ölkənin ən böyük şirkətlər qruplarından olan PAŞA Holding-in ümumi strategiyasında iqtisadiyyata təsir, maliyyə və qeyri-maliyyə sektorlarında rəqabətlilik və proqressiv mühitin formalaşması mühüm yer tutur.
