PAŞA Holding-in törəmə şirkətlərindən biri olan PashaPay, Money 20/20 Europe tədbirində Bir ekosistem olaraq iştirak edib.
3-5 iyun 2025-ci il tarixlərində Amsterdam şəhərində keçirilən dünyanın aparıcı fintex tədbirlərindən biri olan Money 20/20 Europe forumunda PAŞA Holding-a daxil olan Bir ekosisteminin fintex şirkəti PashaPay, öz stendi ilə Azərbaycanı uğurla təmsil edib.
Forum zamanı mühüm bir tərəfdaşlığa da imza atılıb. Belə ki, Pashapay və Masdercard şirkətlər arasında Anlaşma Memorandumu imzalanaraq rəqəmsal maliyyə xidmətlərinin inkişafı sahəsində strateji əməkdaşlığa başlayıb.
