“Business Talks by PASHA Holding” – müasir biznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların və strateji yanaşmaların müzakirə olunduğu peşəkar platformadır. Layihənin əsas məqsədi yerli iqtisadiyyat oyunçuları üçün müxtəlif sahələrdə baş verən yenilikləri və trendləri birgə müzakirə edərək fikir mübadiləsi aparmaq imkanı yaratmaq, eləcə də peşəkarlar arasında şəbəkələşməni gücləndirməkdir.
“Business Talks by PASHA Holding” çərçivəsində maraqlı tədbirlər, workshoplar, podcastlar, keynote çıxışları, webinarlar və digər fəaliyyətlər gözlənilir. Sözügedən fəaliyyətlər həm onlayn, həm də oflayn formatda təşkil olunacaq və hər biri müxtəlif biznes mövzularına həsr olunacaq. Mövzudan aslı olaraq, spikerlər sırasında PAŞA Qrupa daxil olan şirkətlərin mütəxəssisləri ilə yanaşı, həm yerli, həm də beynəlxalq bazarın nümayəndələri də yer alacaq.
“Business Talks by PASHA Holding” çərçivəsində baş tutan fəaliyyətlərin hər biri PAŞA Holding-in sosial mediya kanallarında ayrıca elan olunacaq.
