10May, 2025
Geri qayıt

PAŞA Holding-in təşkil etdiyi Future Shapers 2025 proqramı çərçivəsində 100-dən çox tələbə iki günlük biznes simulyasiyasında iştirak etdi.

10–11 may tarixlərində PAŞA Holding-in təşkil etdiyi Future Shapers 2025 proqramı çərçivəsində 100-dən çox tələbə iki günlük biznes simulyasiyasında iştirak etdi. 18 komanda, 2 fərqli sənaye sahəsi və 6 mərhələdən ibarət olan bu simulyasiya olduqca rəqabətli mühitdə keçdi. İştirakçılar investisiya, büdcələmə və strateji qərarlar verməklə yanaşı, komanda işi, tənqidi düşüncə və liderlik bacarıqlarını da inkişaf etdirdilər. Sonda 2 komanda göstərdikləri yüksək nəticə ilə qalib gəldi və mükafatlandırıldı. Bu simulyasiya gənclərin potensialını üzə çıxarmaqla yanaşı, onları təşəbbüs göstərən, çevik düşünən və dayanıqlı olan liderlərinə çevirmək yolunda mühüm bir addım oldu.