23May, 2025
Geri qayıt

PAŞA Holding-in törəmə şirkətlərindən biri olan Umico, WORLDEF 2025 tədbirində iştirak edib.

PAŞA Holding-in törəmə şirkətlərindən biri olan Umico, WORLDEF 2025 tədbirində iştirak edib.

15-17 may 2025-ci il tarixlərində İstanbul şəhərində keçirilən bu tədbirdə Umico şirkətinin əməkdaşları - Maksim Gubanov və Aydın Qarayev - spiker qismində çıxış ediblər. Onlar çıxışlarında logistika, transsərhəd ticarət və yeni bazarlara çıxış strategiyaları ilə bağlı təcrübələrini bölüşüblər.

Umico, sözügedən tədbirdə iştirak edərək, Jumia Group, Landmark Group (Styli), Ananas E-commerce, Trendyol Group, Amazon, AliExpress, UNIMALL və digər aparıcı beynəlxalq şirkət və brendlərlə eyni platformada təmsil olunmağı şirkətin beynəlxalq e-commerce arenasında mövqeyini daha da gücləndirdi. Tədbir çərçivəsində qurulan əlaqələr və aparılan müzakirələr yeni tərəfdaşlıqlara və bazarlara çıxış üçün geniş imkanlar yaratdı.