PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Günel Musayeva ilə görüş keçirib.
Görüşdə qalibin gələcək inkişaf perspektivləri, fərdi və peşəkar bacarıqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb, mentor tərəfindən öz təcrübəsindən irəli gələn tövsiyələr verilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin beşinci mərhələsinə qeydiyyat başlayıb. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan www.Yukselish.az vasitəsilə həyata keçirilir və aprelin 10-na kimi davam edəcək.
