İnnovativ yanaşması, insan kapitalına olan münasibəti, korporativ sosial məsuliyyət yönümlü siyasəti ilə daim seçilən PAŞA Holding MMC artıq 14 ildir ki, Sizinlədir.
PAŞA Holding-in fəaliyyət dairəsi bankçılıq, sığorta, investisiya, texnologiya, səyahət və turizm, inşaat və inşaat layihələrinin idarə olunması, daşınmaz əmlak və ticarət mərkəzlərinin idarə olunması, geyim və ərzaq şəbəkələrinin idarə olunması, kənd təsərrüfatı, otelçilik və iaşə sahələrini əhatə edir. Peşəkar sahibkarlığı, davamlı iqtisadi artımı və regional biznes əməkdaşlığın formalaşmasını stimullaşdıran əməkdaş qüvvəsi tərəfindən idarə olunan Holdinq, öndə gedən və etibarlı strateji investor kimi inkişaf etməyi və bununla ölkəyə dayaq olmağı hədəfləyir.
PAŞA Holding-in əsas missiyası #Azərbaycanın və qonşu ölkələrin qeyri-neft sektorlarına səmərəli investisiyalar yatırmaq və bu ölkələrdə innovasiya və yaradıcılıq mədəniyyətini təşviq etməklə onların iqtisadi inkişaflarına töhfə verməkdir. Eyni zamanda biz, ən uğurlu korporativ təcrübəni, inamı, davamlılığı öz fəaliyyətimizdə təcəssüm etdirməklə fəaliyyət göstərdiyimiz ölkələrin, səhmdarlarımızın, əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın etimadını doğrultmaq niyyətindəyik.