“PAŞA Həyat”ın Hüquq departamentinin direktoru Səbuhi Göyüşov, “PAŞA Bank”ın Hesabatlılıq departamentinin direktoru Sənan Mustafayev və “Bravo” supermarketlər şəbəkəsinin Risk və biznes prosesləri üzrə direktoru Qaraxan Şirinli 15 mindən çox namizəd arasından seçilərək 25 qalibin sırasına daxil olublar.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Qaliblərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
