28Aprel, 2024
Geri qayıt

PAŞA Holding-in dəstəyi ilə Topçubaşov Arbitraj Müsabiqəsinin final mərhələsi keçirilib.

PAŞA Holding-in dəstəyi ilə 28 Aprel tarixində BDU-nun Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti ilə birlikdə Arbitraj və Kommersiya hüququ üzrə Topçubaşov Arbitraj Müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə PAŞA Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin əməkdaşı Pəri Nurəlizadə və PAŞA Həyat Sığorta şirkətinin Hüquq Departamentinin Direktoru Səbuhi Göyüşov iştirak edib.
Tədbir sonunda müsabiqənin qaliblərinə PAŞA Holding tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.