Kapital Bank dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində süni intellekt innovasiyaları kateqoriyasında “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (“Best Use of AI in Digital Transformation”) mükafatına layiq görülüb.
“Global Finance” jurnalının on birinci illik mükafatlandırma proqramında dünyanın maliyyə sahəsində innovativ həllər təqdim edən aparıcı şirkətləri dəyərləndirilib. Bu uğur regionun maliyyə sektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə Kapital Bank-ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankda ən son texnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiq edilən innovasiyaların əhəmiyyətini vurğulayır.
Qeyd edək ki, “Global Finance” jurnalı bu il və 2019-cu ildə Kapital Bank-ı “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) adına da layiq görüb. Eyni zamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”) mükafatını qazanıb.
