10 iyun 2024-cü il tarixində Four Seasons Hotel Baku otelində KPMG Qafqaz və Mərkəzi Asiya və KPMG Türkiyə şirkətinin təşkilatçılığı ilə “Baku Analytical Route Summit” beynəlxalq sammiti keçirilib. Tədbirdə PAŞA Holding-in Baş data inzibatçısı Valeh Nəbiyev panel diskussiyasında iştirak edərək məlumatların analitikası və proqnozlaşdırılması sahəsində süni intellektin, generativ süni intellektin (GenAI) və digər innovativ yanaşmaların tətbiqi ilə bağlı praktiki təcrübələrini və fikirlərini bölüşüb.
