“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti (PAŞA Həyat Sığorta və ya “PAŞA Həyat Sığorta” ASC) 24.11.2010-cu il tarixindən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinin dövlət qeydiyyatı əsasında fəaliyyət göstərir.

Şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7 milyon AZN təşkil etdiyi halda, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5.75 dəfə artırılaraq, 40.25 milyon AZN-ə çatdırılıb. 

PAŞA Həyat ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2023-cü il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 687 mln. AZN təşkil edir, kapitalın həcmi isə 94 mln AZN təşkil edib.

“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda müştərilərinə Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları təqdim edir.
PAŞA Həyat şirkəti daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim edir, yeni məhsulların yaradılması üzərində çalışır və bununla yanaşı, ölkədə Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir.

Şirkət yeni məhsullarla bütün sığorta istəklərinə və tələblərinə cavab verən diversifikasiyalı bazar yaradır və biznes üçün geniş üfüqlər açır. 

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun üzvüdür.
 

Daha ətraflıwww.pasha-life.az