2006-cı ildə yaradılmış PAŞA Sığorta müştərilərinə onların rahatlığına zəmanət verir. Şirkətin nizamnamə kapitalının dəyəri 50 milyon manat təşkil edir ki, bu da PAŞA Sığortanı sığorta öhdəliklərini inamla yerinə yetirmək üçün lazımi maliyyə imkanları ilə təmin edir və ödəmə qabiliyyətinə zəmanət verir. Bundan əlavə, kifayət qədər daxili vəsaitin olması Şirkətin gələcək inkişafı üçün potensial yaradır.
31 dekabr 2023-cü il tarixinə Şirkətin aktivləri 257 milyon manatı ötüb, məcmu kapitalı isə 88,4 milyon manat təşkil edib.
8 fevral 2024-cü il tarixində S&P Global Ratings PAŞA Sığorta üzrə proqnozunu stabildən müsbətə dəyişdi. Eyni zamanda, uzunmüddətli emitentin kredit və maliyyə gücü reytinqlərini “BB” olaraq təsdiqləyib. PAŞA Sığorta İSO 10001:2018- Keyfiyyət İdarəetmə Sistemlərinin tələblərinə uyğun fəaliyyət göstərir.
Şirkət 300.000-ə yaxın fiziki və hüquqi şəxsə 36 növ icbari və könüllü sığorta xidmətləri təklif edir.