4 may 2025-ci il tarixində “Küləyə qalib gəl” şüarı altında təşkil olunan Bakı Marafonu sağlam həyat tərzi və ictimai həmrəyliyi təşviq etmək məqsədi ilə yenidən minlərlə iştirakçını bir araya gətirdi. Heydər Əliyev Fondunun təşkilatçılığı, PAŞA Holding-in dəstəyi ilə keçirilən marafon-da həm yerli, həm də xarici vətəndaşlar iştirak etdi. Marşrut Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Bulvarı, Neftçilər prospekti, Ağ Şəhər və Bibiheybət yolu boyunca uzanaraq yenidən Dövlət Bayrağı Meydanında tamamlananaraq, ümumilikdə 21 km məsafəni əhatə edib.
Marafon çərçivəsində PAŞA Holding-in törəmə şirkətlərindən biri olan və Birbank, Umico, m10 və MilliÖn şirkətlərini birləşdirən Bir Ekosistem də xüsusi stend ilə tədbirdə təmsil olunub. Bundan əlavə, PAŞA Holding və onun törəmə şirkətlərinin əməkdaşları da bu təşəbbüsə dəstək göstərərək marafonda fəal şəkildə iştirak ediblər.
Holding üçün sağlam həyat tərzi, idman sahəsi, ictimai rifah və mədəni həyatın təşviq olunduğu bu kimi təşəbbüslər strateji əhəmiyyət daşıyır.
