“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank və ya PAŞA Bank Azərbaycan və ya “PAŞA Bank” ASC) Azərbaycanın aparıcı korporativ banklarından biridir.

2007-ci ildə yaradılmış PAŞA Bank böyük korporasiyalardan kiçik və orta ölçülü müəssisələr və PAŞA Bankın əməkhaqqı kartı sahiblərinədək müştərilərə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini təklif edir.  Bank əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, fərdi olaraq kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, istehsalat, tikinti və ticarət kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə xidmətlər göstərərək Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.

PAŞA Bank aktivlərinin həcminə görə TOP-3 banklar siyahısına daxildir. 31 dekabr 2023-cü il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 833 mln AZN, aktivlərinin həcmi isə 8,893 mln AZN təşkil edib. 

PAŞA Bank bu gün 1200 nəfərdən çox əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Bank daim regionun ən böyük və aparıcı maliyyə institutuna çevrilmək və hazırda təklif etdiyi, beynəlxalq səviyyəli məhsul və xidmətlər çeşidini artırmaq istiqamətində çalışır.

Azərbaycanın ən gənc və eyni zamanda ən iri banklarından biri olaraq, PAŞA Bank daim maliyyə və texnoloji yeniliklərin nəbzini tutur. PAŞA Bank müştərilərə mümkün olan ən yaxşı xidməti göstərmək məqsədilə bazarın müasir tendensiyaları ilə ayaqlaşmaq, beynəlxalq təcrübəni və ən yeni texnologiyaları tətbiq etmək üçün səylər göstərir.

STANDARD & POOR'S:

  • “BB-”

    Uzunmüddətli Kredit Reytinqi

  • “Sabit”

    Reytinq Proqnozu

Daha ətraflıwww.pashabank.az