27İyul, 2018
Geri qayıt

“PAŞA Holding” MMC PAŞA Bank Türkiyənin səhmlərinin 49 faizini əldə edib

PAŞA Bank Türkiyə kapital artımı prosesini tamamlayıb. Bununla bağlı prosedurlar Bankçılıq Əsasnaməsinin və Müşahidə Şurasının təsdiqi ilə həyata keçirilib. “PAŞA Holding” MMC tərəfindən 245 milyon TL yatırım qoymaqla PAŞA Bankın kapitalı 500 milyon TL-yə kimi artırılıb. Bununla, PAŞA Bank Türkiyə səhmlərinin 49 faizi “PAŞA Holding” MMC-yə ötürülüb. Səhmdarların strukturunda dəyişiklikdən sonra bankın səhmlərinin 51 faizi hazırda “PAŞA Bank” ASC-yə və 49 faizi “PAŞA Holding” MMC-yə məxsusdur. Yazılı bəyanatında PAŞA Bank Türkiyənin Baş Direktoru H. Cenk Eynehan belə demişdir: “Hədəf olaraq Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağında ağıla gələn ilk bank olmağı qarşıya məqsəd qoymaqla, ilk 3 illik müddətdə əhəmiyyətli nailiyyətlər əldə etmişik. Biz yalnız enerji, mədən və tikinti sektorlarında tanınmış korporasiyalara maliyyə dəstəyini artırmamışıq, həmçinin, bu üç ölkə arasında kommersiya və mədəni körpülər qurmuşuq.  Üzərimizə götürdüyümüz missiyanın tələbi olaraq, ikinci strateji müddətdə biz, gücləndirilmiş kapital strukturu və yüksək ixtisaslı insan resursları ilə ölkəmizdə mənfəətli kapital qoyuluşlarına və regionda ticarət əlaqələrinin inkişafına töhfə verməyə davam edirik.”