Korporativ sosial məsuliyyətə xüsusi önəm verən PAŞA Həyat bayramlar ərəfəsində Qızıl Aypara cəmiyyəti ilə birgə əhalinin bütün təbəqələrini diqqət mərkəzində saxlayaraq növbəti sosial aksiya keçirib.
Belə ki, şirkət hər il olduğu kimi bu Novruz bayramında da cəmiyyətin həssas qruplarını unutmamış və Sumqayıt şəhərində ehtiyacı olan ahıl şəxslərinə bayram bağlamalarının hazırlanmasında Qızıl Aypara Cəmiyyətinə öz dəstəyini göstərib.
Belə ki, QAC Sumqayıt Regional Mərkəzinin və PAŞA Həyat’ın nümayəndələri tərəfindən bayram sovqatları sözügedən şəxslərə paylanılıb. Bundan əlavə, yataq xəstələri olan ahıl şəxslər də evlərində ziyarət olunaraq, şirkətlər tərəfindən bayram sovqatları ilə sevindirilib. Bayram qutularının paylanılmasında bölmə könüllüləri də fəal iştirak ediblər.