PAŞA Qrup-a daxil olan PASHA Technology şirkəti, iş mühitinin inkişafı üzrə qlobal nüfuzlu təşkilat olan Great Place to Work®️ tərəfindən rəsmi olaraq sertifikata layiq görülüb.
Bu nailiyyət şirkət əməkdaşlarının verdiyi rəy əsasında müəyyən olunub və PASHA Technology-də yaradılan dəstəkləyici, inklüziv və inkişaf yönümlü iş mühitinin göstəricisidir.
Sözügedən beynəlxalq səviyyəli tanınma şirkətin əməkdaşları arasında güvən, əməkdaşlıq və innovasiya mühitini təşviq etməyə yönəlmiş davamlı səylərinin nəticəsidir.
Azərbaycanın texnologiya ekosistemində aparıcı şirkətlərdən olan PASHA Technology üçün insan kapitalı əsas strateji dəyərlərdən biridir. Şirkət hər bir əməkdaşın peşəkar və şəxsi inkişafına dəstək göstərməyi prioritet hesab edir.
2024-cü il ərzində PASHA Technology əməkdaşları bir sıra beynəlxalq təlim proqramlarında, liderlik təşəbbüslərində və funksiyalararası layihələrdə iştirak ediblər.
Bu təşəbbüslər əməkdaşların dəyişən rəqəmsal mühitə uyğun bacarıqlarla təmin olunmasını və onların potensiallarının maksimum dərəcədə reallaşdırılmasını hədəfləyir.
Great Place to Work®️ sertifikatına layiq görülməklə PASHA Technology PAŞA Qrup-un ən aparıcı və keyfiyyətli işəgötürən, əməkdaşlarına dəyər verən, rahat korporativ iş mühütü yaradan şirkətlərdən biri olduğunu bir daha təsdiqləyir.
