1May, 2024
Geri qayıt

“PAŞA Holding”in dəstəyi ilə qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatları başa çatıb.

Ötən il noyabrın 6-da start götürən Yüksək Liqada qadın komandaları dörd, kişi komandaları altı dövrədə mübarizə aparıblar. Ölkə çempionatının son qarşılaşmaları - kişilərin finalı aprelin 22-də, qadınların finalı isə aprelin 23-də Bakı İdman Sarayında keçirilib. Final qarşılaşmalarından əvvəl regional voleybol klublarının yeniyetmə voleybolçularının iştirakı ilə voleybol festivalı keçirilib.
Xatırlatmaq istərdik ki, idman sahəsi “PAŞA Holding”in Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri çərcivəsində yer alan önəmli istiqamətlərdəndir.