16Aprel, 2025
Geri qayıt

PAŞA Holding-in törəmə şirkətlərindən olan Umico və PAŞA Bank-in dəstəyi ilə, “ECOM Azerbaijan 2025” elektron ticarət forumu baş tutub.

PAŞA Holding-in törəmə şirkətlərindən olan Umico və PAŞA Bank-in dəstəyi ilə, “ECOM Azerbaijan 2025” elektron ticarət forumu baş tutub.
9 Aprel 2025-ci il tarixində keçirilən, Azerbaycan və Türkiyənin elektron ticarət dünyasının liderlərini bir araya gətirən, “ECOM Azerbaijan 2025” tədbiri e-ticarət sahəsində ən son trendləri paylaşmaq, aparıcı ekspertlərdən dəyərli biliklər əldə etmək və sektordakı ən aktual mövzuları müzakirə etmək məqsədi daşıyır.
Umico şirkətindən Mixail Şçeqlov, Maksim Qubanov, eləcə də Aytac Vəliyeva, spiker qismində çıxış edərək məhsul, logistika və çatdırılma təçrübəsi üzrə praktiki baxışlarını paylaşdılar. PAŞA Bank-dan isə Bəhman Orucov və İlker Kurtuluş elektron ticarət ekosisteminin inkişafında bankın rolunu və elektron ticarətdə məlumatların effektiv istifadəsi ilə uğur qazanmağın yolları barədə müzakirələr aparıblar.