6Dekabr, 2024
Geri qayıt

PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Bank, “Azərbaycanda alternativ investisiyalarla tanışlıq: beynəlxalq maliyyə institutları və yerli bazar iştirakçıları arasında tərəfdaşlıq” adlı konfrans təşkil edib.

Bir həftə əvvəl təşkil edilən tədbirin əsas məqsədi yerli bazarda alternativ investisiyaların cəlb edilməsi potensialını üzə çıxarmaq və beynəlxalq maliyyə standartlarına uyğun inkişaf strategiyalarını müzakirə etməkdir.

Konfransda iştirak edən tənzimləyici qurumların nümayəndələri, beynəlxalq maliyyə institutlarının ekspertləri, sahibkarlar və iş adamları bu sahədə birgə əməkdaşlığı, iqtisadi artımı dəstəkləyən maliyyə alətlərinin tətbiqi, investisiya ekosistemindəki çağırışlar və imkanlara dair fikir mübadiləsi aparıb.