PAŞA Holding-in törəmə şirkətlərindən biri olan, Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank 2024-cü il üzrə maliyyə nəticələrini mətbuat konfransında ictimaiyyətə açıqlayıb.
10 iyun tarixində keçirilən tədbirdə “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev, idarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov, idarə heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə, eləcə də Marketinq departamentinin direktoru Zara İbrahimzadə çıxış ediblər.
Tədbir zamanı bankın 2024-cü il üzrə maliyyə göstəriciləri, əldə olunan nəticələr və növbəti dövr üçün əsas hədəflər barədə ətraflı məlumat təqdim olunub.
