17 dekabr 2021-ci il tarixində, PAŞA Holding-in təşkilatçılığı ilə Korporativ İnnovasiya mövzusuna həsr olunmuş İllik İnnovasiya Sammiti baş tutub.
Tədbirin məqsədi ölkənin aparıcı şirkətlərini innovasiya sahəsində müzakirələr aparmaq üçün bir araya toplamaq və onlar üçün birgə fikir və bilik mübadiləsi həyata keçirmək üçün imkan yaratmaqdır. Summit-də Google, London business school, OutThinker və digər aparıcı qlobal innovasiya ekosistemi iştirakçılarının nümayəndələri də spiker qismində çıxış edərək innovasiyanın böyük təşkilatlarda yaratdığı dəyər, eləcə də rəqabət üstünlüyü barədə bəhs ediblər.