PAŞA Holding-in dəstəyi ilə 27-28 iyun tarixlərində Bakıda “Baku ID” startaplar və innovasiyalar tədbiri keçirilib.
Ekosistemin inkişafında mühüm rol oynayan bu platformada ən perspektivli startap layihələri nümayiş olunub, innovasiyaların gələcəyi ilə bağlı müzakirələr aparılıb.
PAŞA Holding-in Aparat Rəhbəri Dəyanət Sədullayev innovasiya və bilik əsaslı iqtisadiyyata həsr olunmuş panel diskussiyasında iştirak edib, PAŞA Holding-in İnnovasiyalar üzrə rəhbəri Fərrux Əliyev isə ekosistemin inkişafı barədə məlumat verib.
