PAŞA Holding-in Baş data inzibatçısı Valeh Nəbiyev və Data idarəçiliyi üzrə baş mütəxəssisi Nicat Ağammədov Qazaxıstanın Almatı şəhərində DAMA (International Data Management Association) tərəfindən təşkil olunan “Data Governance: A New Corporate Function” adlı sammitində iştirak ediblər.
Sənayə ekspertlərinin strategiya və təcrübə mübadiləsinə imkan yaradan bu sammit data idarəçiliyi sahəsində mühüm bir tədbir olaraq, bu sahənin peşəkarlarını bir araya gətirmək məqsədini daşıyır. PAŞA Holding-in əməkdaşları müasir müəssisələrdə Data İdarəetməsi, süni intellektin rolunun araşdırılması və Data üzrə mədəniyyətin və dəyərlərin formalaşmasına həsr olunmuş müxtəlif sessiya və panel müzakirələrində iştirak ediblər.
