22İyul, 2024
Geri qayıt

PAŞA Holding-in Aparat rəhbəri Dəyanət Sədullayev I Milli Rəqabət Forumunda panel müzakirəsində çıxış edib.

PAŞA Holding-in Aparat rəhbəri Dəyanət Sədullayev 11 iyul tarixində İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə keçirilən I Milli Rəqabət Forumunda panel müzakirəsində çıxış edib.
Çıxış zamanı Dəyanət bəy, tikinti sahəsindəki rəqabət barədə fikirlərini qeyd edib. Panel müzakirələri zamanı rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin Rəqabət Məcəlləsinin tətbiqindən gözləntiləri, yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, vəkillərin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı addımlar, elm və təhsil müəssisələrinin rəqabət siyasətinin icrasında rolu və rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.