PAŞA Holding Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”unu təşkil edir!
Forumun məqsədi hüquq mütəxəssisləri üçün bilik mübadiləsi aparmaq, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.
Tədbirdə iştirak yalnız dəvətnamə ilə mümkündür. Lakin 31 yanvar tarixinədək qeydiyyatdan keçərək siz tədbirdə iştirak şansını qazanan 10 nəfərdən biri ola bilərsiniz. Qeyd edək ki, qaliblər təsadüfi şəkildə seçilir.
Tarix: 05.02.2025, 09:00-17:00
Məkan: Fairmont Hotel Baku, Flame Towers
Qeydiyyat: https://forms.office.com/r/Gt3dnK6gmp
Qeydiyyatdan keçməyə tələsin!
