Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 9-da Hacıqabul rayonuna səfəri baş tutub.
Dövlət başçısı Hacıqabul rayonu "Agro Dairy" MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.