13Yanvar, 2017
Geri qayıt

“PAŞA Holding” MMC-də yeni təyinat

Fərid Məmmədov, “PAŞA Holding” MMC-nin Biznes Qrupu üzrə Direktor və Holdinqin Direktorunun müavini vəzifəsinə təyin olunub. Bu vəzifənin icrasına Fərid Məmmədov 2017-ci ilin fevral ayında başlayacaq.

Fərid Məmmədov “PAŞA Holding” MMC-nin Biznes Qrupa daxil olan mövcud yeddi qurumun (PAŞA Bank Azərbaycan, PAŞA Bank Gürcüstan, PAŞA Bank Türkiyə, Kapital Bank, PAŞA Sığorta, PAŞA Həyat Sığorta və İnvestisiya Departamenti) strateji planlarının istiqamətlərinin müəyyənləşdirilməsi, onların icrasının təmin edilməsi, yeni strateji imkanlarının dəyərləndiriməsi, həmçinin Biznes Qrup daxilində və Korporativ Mərkəzlə fəaliyyətin və kommunikasiyanın icrasına məsul olacaq.