“PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (“PashaPay” və ya “PashaPay” MMC) 29 aprel 2022-ci ildə FinTex şirkəti kimi yaradılıb. Şirkətin Bakı və Moskvadakı ofislərində 440-dan çox əməkdaş çalışır.

PashaPay IT, məhsul inkişafı, marketinq, analitika və s. sahələrdə yüksək təcrübəyə malik beynəlxalq peşəkar komandaya malikdir.

Şirkətin əsas missiyası hər kəsin öz vəsaitlərini istənilən yerdə və istənilən vaxt rahat idarə etməsi üçün maliyyə xidmətlərini inkişaf etdirməkdir. PashaPay həm geniş ictimaiyyət, həm də sahibkarlar üçün qüsursuz imkanlar təqdim etməklə həyatı asanlaşdırmaq vədinə sadiq qalır.

PashaPay, "xalq brendi" kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Hazırda əhali bütün ölkə üzrə yayılmış 5500-dən çox MilliÖN terminalı vasitəsilə 700-dən çox xidmətdən istifadə etməklə ödənişlərini həyata keçirir. Bunların arasında mobil rabitə, kommunal xidmətlər, sığorta, dövlət rüsumları, hüquqi şəxslərin ödənişləri və digər xidmətləri qeyd etmək olar.

2022-ci ilin iyul ayında PashaPay yeni m10 mobil tətbiqini uğurla təqdim edərək fiziki şəxslər və sahibkarlara öz əməliyyatlarını sadələşdirmək üçün imkan yaratdı.  Elektron pulqabı olan m10-un ən böyük üstünlüyü tamamilə komissiyasız ölkədaxili pul köçürmələridir.

İstifadəçilər tətbiq vasitəsilə saniyələr ərzində aşağıdakı əməliyyatları tam komissiyasız yerinə yetirə bilər:

Yalnız mobil nömrə ilə pul köçürmələri;

Karta köçürmələr;

Nağdlaşdırma;

Nağdsız ödənişlərin qəbulu;

QR kod ilə ödənişlər.

 

Rahat və istifadəçiyönümlü interfeysi ilə m10 mobil tətbiqi effektiv elektron pulqabı nümunəsidir. Artıq nağd pul problemlərindən azad olmaq istəyənlər “Həlli onda” tapır.

Daha ətraflıwww.pashapay.az