Azərbaycan Əmanət Bankı kimi 1874-ci ildə qurulan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya “Kapital Bank” ASC), ölkənin ən iri banklarından biridir.

“Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “PAŞA Holding” MMC-yə, 16.93%-i digər şirkətlərə və 1.%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 205 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir. Bankın konsolidə edilmiş aktivləri 8,810 milyon AZN-i ötüb, məcmu kapitalı isə 1,082 milyon AZN təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2023-cü ilin dekabr ayı üçün 118 filialı, 46 şöbəsi və 5,313 əməkdaşı ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 5.5 milyona yaxın fiziki və 35 minə yaxın hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. 

Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir.

MOODY'S INVESTORS SERVICE:

  • “Ba3”

    Əsas Kredit Qiymətləndirməsi

  • “Ba2”

    Uzunmüddətli Bank Depoziti

  • “Ba2”

    Uzunmüddətli Kontragent Risk Qiymətləndirməsi

  • “Stabil”

    Reytinq Proqnozu

STANDARD & POOR'S:

  • “BB-/B”

    Uzunmüddətli Kredit Reytinqi

  • “BB-/B”

    Qısamüddətli Kredit Reytinqi

  • “Sabit”

    Reytinq proqnozu

Daha ətraflıwww.kapitalbank.az