Şirkət 2018-ci ilin sentyabr ayında təsis edilmişdir. Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunmuşdur.
“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ İT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.
2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılmışdır. iOS və Android platformalarındakı Umico mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.
Bundan əlavə, “Competo” banklar və pərakəndə şirkətlər üçün innovativ maliyyə xidmətləri və İT xidmətlərinin tətbiqi ilə biznesi inkişaf etdirməyə və qazancı artırmağa yönəlmiş xidmətlər də təklif edir. Müştərilərinin istəklərinə hər zaman həssas münasibət göstərən "Competo" aşağıdakı xidmətləri təklif edir:
2020-cil ilin Noyabr ayında Umico.az saytında və Umico tətbiqində Azərbaycanın ilk Marketpleysi – Umico Market (onlayn alış-veriş üçün platforma) fəaliyyətə başlamışdır. Burada müştərilər evə çatdırılma ilə minlərlə məhsul ala bilirlər. Bundan əlavə, tətbiqində olan Umico Bank vasitəsilə öz bank kartlarını idarəsi, bank köçürmələri, kommunal və digər ödənişləri və hətta ƏDV-nin geri qaytarılması mümkündür.