Korporativ Sosial Məsuliyyət
18Oktyabr

PAŞA Qrup tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib

18 oktyabr tarixində ​​PAŞA Qrupun əməkdaşlarının iştirakı ilə Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində növbəti ağacəkmə aksiyası baş tutub.

Aksiyada PAŞA Holdinq, Kapital Bank, PAŞA Bank, PAŞA Sığorta, PAŞA Həyat Sığorta, PAŞA Travel şirkətlərindən ümumilikdə 90 nəfər könüllü əməkdaş iştirak edib. Aksiya çərçivəsində Qala qəsəbəsində, 2 hektar ərazidə 2 min zeytun tingi əkilib.

"Ekoloji mühitin mühafizəsi və təbiətə qayğı hissinin gücləndirilməsinə yönəlmiş bu kimi tədbirlərdə aktiv iştirakına görə Holdinqin rəhbərliyi adından və şəxsən öz adımdan bütün həmkarlara dərin təşəkkürümü bildirirəm. Həmkarlarımızın Əməkdaşlıq Korporativ Dəyərini yaşatmaqla bir araya gəlib Holdinqin KSM təşəbbüslərini aktiv şəkildə dəstəkləməsi hər bir əməkdaş üçün örnək olmalıdır", deyə PAŞA Holdinqin Dövlət Qurumları ilə əlaqələr və KSM departamentinin direktoru Nazim Səfərov bildirib.

Qeyd edək ki, ənənə şəklini almış bu tədbir çərçivəsində ötən il Bakının Şıxov qəsəbəsində PAŞA Qrupu təmsil edən 70 nəfər həmkarın iştirakı ilə 600 ağac əkilmişdi.

Ağacəkmə aksiyasının bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulur.